Baş xəbər

İran silah embarqosunu qüvvədə saxlayan 3 Avropa ölkəsinə belə reaksiya verdi

Bugun.tv xəbər verir ki, İran Böyük Britaniya, Fransa və Almaniyanın E3 adlanan qərarını 2015-ci ildə imzalanan nüvə sazişinə əsasən, oktyabrın 18-də qaldırması nəzərdə tutulan silah embarqosunu qüvvədə saxlamaq qərarını “qanunsuz və təxribatçı” adlandırıb.

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “İran hesab edir ki, Avropa İttifaqı və 3 Avropa ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planının (nüvə sazişi) səkkizinci ilində öhdəliklərini yerinə yetirməməsi qərarını qanunsuzdur və müqavilə üzrə öhdəliklərinə ziddir”, – bəyanatda bildirilib.

“Şübhəsiz ki, İran Aİ, Fransa, Almaniya və Böyük Britaniyanın Birgə Hərtərəfli Fəaliyyət Planı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə öhdəliklərini açıq şəkildə pozan bu qanunsuz və təxribat xarakterli hərəkətinə lazımi cavab verəcək”, – deyə bəyanatda qeyd olunub.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Səfəvilər Azərbaycan dövlətidir, bu tarixə sahib çıxmalıyıq

Aynur Camal

“Birgə İnvestisiya Fondunun kapitalının artırılması sahibkarlar üçün yeni imkanlar yaradacaq”

Aynur Camal

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu