31 C
Baku
12 İyul 2024, 23:12
Dünya

İran və Türkiyə arasında ticarət həcmi yüksəlib

İran və Türkiyə arasında ticarət həcmi 2024-cü ilin ilk 5 ayında 5 faiz artaraq 2,3 milyard dollara çatıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, İran və Türkiyə arasında ticarət həcmi 2024-cü ilin ilk 5 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 2,3 milyard dollara çatıb.

Ötən ilin ilk 5 ayında İran ilə Türkiyə arasında ticarət həcmi 2 milyard 189 milyon dollar olub. Bu hesabata görə, Türkiyənin İrana ixracatı 2024-cü ilin yanvar-may aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1 milyard 340 milyon dollara çatıb.

Türkiyə 2023-cü ilin yanvar-may aylarında İrana 1 milyard 151 milyon dollar ixrac edib. Onun İrandan idxalı 2024-cü ilin ilk beş ayında keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 1 milyard 38 milyon dollardan 960 milyon dollara çatıb.

Məlumata görə, Türkiyə bu ilin may ayında İrana 285 milyon dollarlıq mal ixrac etdiyi halda, İrandan da 262 milyon dollarlıq mal idxal edib. Türkiyənin İrana ixracatı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artdığı halda, İrandan idxalı 20 faiz artıb.

Türkiyə 2023-cü ilin may ayında İrana 249 milyon dollar ixrac etdiyi halda, İrandan da 217 milyon dollarlıq mal idxal edib.

Mənbə: İLKHA

Teymur Əziz

Oxşar xəbərlər

Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, İsrail Rəfahdakı hücumlarını genişləndirir

Aynur Camal

İtaliya məhkəməsi Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verdi

İntizar Əmirova

Amerikalı müğənni Niki Minaj üçün şok: O, saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu