30 C
Baku
19 İyul 2024, 12:13
Baş xəbərHadisəKriminal

İran vətəndaşı saxlanıldı

Ölkəyə narkotikləri motoparaplan (uçuş aparatı) vasitəsilə keçirən İran vətəndaşı saxlanılıb

Bugun.tv xəbər verir ki, DİN-yi və DSX-in əməkdaşları tərəfindən birgə növbəti əməliyyat tədbirləri keçirilib. Əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Füzuli rayonu Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı 43 yaşlı Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Karlsonun Zelenski ilə müsahibəsi gözlənilir

Aynur Camal

Medvedev Baydenin Ukraynaya səfərini şərh edib

Aynur Camal

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu