33 C
Baku
21 İyul 2025, 16:51
Baş xəbərKriminal

İran vətəndaşına kuryerlik edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini saxlanıb.  Araşdırmalarla məlum olub ki, o əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası alan Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində yaxalanıb.

Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu “Əkbər” adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o polis əməkdaşları tərəfindən yaxalanıb.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıblar. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Teymur Əziz

Oxşar xəbərlər

 Fərdi silahlanmanın acı sonu: 7 yaşlı uşaq 2 yaşlı qardaşını öldürdü

Aynur Camal

Pişik qatili həbs olundu

Bugün TV

Putinin hərbçilərə müraciət edəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu