Dünya

İran və ABŞ arasında danışıqların ikinci raundu aprelin 20-də keçiriləcək

İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların ikinci mərhələsi şənbə günü, aprelin 20-də Omanın paytaxtı Maskatda keçiriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi IRNA-ya deyib: “Məsləhətləşmələr nəticəsində danışıqların ikinci raundunun Maskatın ev sahibliyi etməsi qərara alınıb”.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə ölkəsini birtərəfli qaydada nüvə sazişindən çıxarması ilə İran və ABŞ arasında dolayı danışıqlar dayanıb. Lakin son həftələrdə iki ölkə arasında təmaslar bərpa olunub.

Ötən ay ABŞ prezidenti Donald Tramp administrasiyası İrana birbaşa danışıqlara çağıran məktub göndərib və İran Oman vasitəsilə cavab verib. Bu inkişafdan sonra tərəflər aprelin 12-də Maskatda danışıqların ilk raundunu keçirib.

Hər iki tərəf bu danışıqları “pozitiv və konstruktiv” adlandırıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, daha əvvəl ikinci turun Romada keçiriləcəyi iddia edilirdi. Lakin İranın açıqlaması ilə danışıqların yenidən Omanda davam edəcəyi bəlli olub.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İran yaxın həftələrdə Çindən hava hücumundan müdafiə raket sistemləri alacaq

Aynur Camal

Donald Tramp Vaşinqton Dalles hava limanının yenidən qurulması üçün 22 milyard dollarlıq plan açıqlayacaq

Aynur Camal

150-dən çox alim Entoni Fauçiyə dəstək məqsədilə açıq məktub yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu