Baş xəbərDünya

İran xalqından rejimə dəstək! şüarları diqqət çəkdi

İran rejimi İsrailin hücumlarına raketlər yağdırmaqla cavab verir. Netanyahu tərəfindən rejimə qarşı ayağa çağırılan İran xalqı ölkə hökumətini dəstəkləmək üçün toplaşıb. Qadın, uşaq, polis və hərbçilərin iştirak etdiyi nümayişlərdə İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib.

İranın paytaxtı Tehranda böyük qruplar İsrailə qarşı hücumlara dəstək vermək üçün Fələstin meydanına toplaşıb.

Gecə yarısı İran lideri Ayətullah Əli Xameneinin iqamətgahının yaxınlığında yerləşən Fələstin meydanına toplaşan vətəndaşlar ölkə hökumətinə dəstəklərini ifadə ediblər.

Əllərində İran lideri Xamneyinin plakatları və İran bayraqları olan vətəndaşlar İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

ABŞ prezidenti Donald Trampın “Tehranı boşaltmaq” təhdidinə baxmayaraq, bəzi ailələrin nümayişə uşaqları ilə gəlməsi diqqət çəkib. Nümayişlərə bəzi polis və əsgərlərin də qatıldığı görülüb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu