Bugun.tv xəbər verir ki, İran İstihbarat Nazirliyi ABŞ və İsrailin ölkəyə qarşı birbaşa hərbi müdaxilə əvəzinə “yumşaq müharibə”, “hibrid savaş” və “bilişsel müharibə” kimi üsullardan istifadə etdiyini iddia edib.
Nazirliyin açıqlamasında bildirilib ki, xarici qüvvələr iqtisadi, sosial və informasiya sahələrində təzyiq göstərərək İran daxilində sabitliyi pozmağa çalışır. Qeyd olunub ki, bu strategiya vasitəsilə iqtisadi çətinliklər, qiymət artımları və sosial narazılıqların artırılması hədəflənir.
Açıqlamada həmçinin media və sosial şəbəkələrin “dezinformasiya və təxribat” məqsədilə istifadə edildiyi iddia olunub. Starlink kimi texnologiyaların da bu prosesdə rol oynadığı irəli sürülüb.
İran tərəfi bu fəaliyyətlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və dövlətin nəzarət mexanizmlərinin işə salındığını bildirib.
Eyni zamanda İran Prezidenti Məsud Pezeşkian da ölkənin əsas mübarizə sahəsinin iqtisadiyyat olduğunu vurğulayıb. O, iqtisadi dayanıqlığın milli təhlükəsizliyin əsas elementi olduğunu qeyd edərək, xüsusi sektorun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Mənbə: Ensonhaber
