27 C
Baku
12 Sentyabr 2026, 13:55
Dünya

Rusiya Telegram-ın qurucusu Pavel Durov barəsində beynəlxalq axtarış elan etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu və baş icraçı direktoru Pavel Durov barəsində “terror fəaliyyətinə yardım” ittihamı ilə beynəlxalq axtarış elan olunduğunu açıqlayıb.

FSB-nin yaydığı məlumata görə, Telegram rəhbərliyi Rusiyada terror və təxribat aktlarının əlaqələndirilməsi üçün istifadə olunduğu iddia edilən kanal və botları silməyib. Qurum bununla bağlı Pavel Durov haqqında cinayət araşdırmasının aparıldığını və beynəlxalq axtarış qərarının verildiyini bildirib.

Açıqlamada qeyd olunur ki, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terror və ekstremist təşkilatlar Telegram-da fəaliyyət göstərən çoxsaylı kanal, söhbət qrupları və botlardan Rusiyada terror aktları, təxribatlar, kütləvi hücumlar və kiberdələduzluq fəaliyyətlərinin hazırlanması və koordinasiyası üçün istifadə ediblər.

Xatırladaq ki, Rusiya bir müddət əvvəl Telegram-a qarşı müxtəlif məhdudiyyətlər tətbiq edib və şirkəti ümumi məbləği 100 milyon rubldan çox olan cərimələrlə cəzalandırıb.

Kremlin sözçüsü Dmitri Peskov da iyulun 27-də bildirib ki, Telegram-ın Rusiyada tam fəaliyyətini bərpa etməsi ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, şirkət nümayəndələri bu prosesdə kifayət qədər fəallıq göstərmirlər.

Qeyd edək ki, Telegram Rusiyada ən çox istifadə olunan mesajlaşma və sosial şəbəkə platformalarından biri hesab olunur.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu