“İsrailin İrana hücumunda Rusiya strateji müttəfiqi İranı müdafiə etmədi. V. Putin yalnız “olum və ölüm” dilemması arasında qalan S. Xameneiə yalnız “xoş arzularını” çatdırdı. Hazırda İran SEPAH və Xarici işlər nazirliyi Rusiya ilə birgə Azərbaycana qarşı sinxron təzyiq siyasətinə başlayıb” bu mövzu ilə şərhi siyasi ekspert Məhəmməd Əssədullazadə öz sosial media hesabında paylaşıb.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistanla ikitərəfli danışıqlarda irəliləyişi, Türkiyə Ermənistan əlaqələrində pozitiv mərhələ Moskva və Tehranı ciddi narahat edir. İranın növbəti mərhələdə İsrail və ABŞ hücumlarına məruz qalacağı istisna deyil. Çünki, ali dini lider S. Xamnei ənənəvi ritorikadan çıxış edir. İran rejiminin başına dəyən “Davud sapandi” hələ bunları ağıllandırmayıb. 20 yaxın generalinı, silahlı qüvvələrin baş qərargah rəisini, SEPAH komandanı və nüvə alimləri öldürlülərək, dövlət təsisatları, hərbi infrastrukturu dağılan İran 12 İyundan əvvəlki, İran ola bilməz.
İranı daxildən vuran SEPAH daxilində olan satqınları və Qüds briqadasının komandiri general İsmayıl Qanidir. SEPAH özündən şübhələri yayındırmaq üçün xarici düşmən ovuna çıxıb. Bu xüsusda Azərbaycanı hədəf alıblar. Həmçinin İranda əfqan miqrantları həbs edib, əsassiz olaraq təqib edirlər. Hazırda İranın iki problemi var. Ali dini rəhbər S. Xamenei və SEPAH-dır.
İran daxili və xarici siyasətində korrektlərə məhkumdur. Prezidentlə mühafizəkar dairələr arasında kəskin rəqabət və fikir ayrılıqları yaranıb. Prezident xarici və daxili siyasətdə islahatlara başlamağı, SRPAH və Ali dini şura sərt xəttə üstünlük verir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini