Baş xəbərDünya

Kimya fabrikinin partlaması nəticəsində azı 10 nəfər öldü

Hindistanın Telanqana əyalətində kimya fabrikində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, nəticədə isə yanğın baş verib.

Press Trust of India (PTI) agentliyinin məlumatına görə, ştatın Paşamılaram rayonunda kimya fabrikində reaktor partlayıb.

Partlayış nəticəsində yanğın baş verdikdən sonra hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.

İlkin məlumata görə, Sigachi Industries fabrikində baş verən insident nəticəsində 10 nəfər ölüb, ən azı 12 işçi yaralanıb.

“Telangana Today” qəzetinin məlumatına görə, partlayış nəticəsində bir çox işçinin fabrikdə sıxışmış ola biləcəyi təxmin edilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Çəhrayı tualet kağızı ənənəsinin 60 illik tarixçəsi var

Aynur Camal

Şimali Koreya nüvə proqramını genişləndirir: Yonbyon obyektində yeni tikinti tamamlandı

Aynur Camal

“ABŞ, Çin və Rusiya liderlərinin birgə Bəyannaməsi dekorativ xarakterlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu