25 C
Baku
27 İyul 2024, 3:52
Dünya

İranda helikopter qəzası: Təxribat, elektron müharibə əlaməti yoxdur

İran prezidenti İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı araşdırmalar davam edir. İran Baş Qərargahı helikopterdə təxribat və ya elektron müharibəyə dair heç bir dəlil olmadığını açıqlayıb. Qəzanın əsl səbəbi aşkarlanana qədər araşdırmaların davam etdiriləcəyi bildirilib.

Mayın 19-da İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopter qəzaya uğrayıb.

Rəhbərin və heyət üzvlərinin həyatını itirdiyi qəza aydınlaşdırılmağa çalışılır.

İran Baş Qərargahı helikopter qəzası ilə bağlı ikinci ilkin araşdırma hesabatını dərc edib…

Məlumatda bildirilirdi ki, helikopterin texniki və təmir sənədləri yoxlanılıb və heç bir problem aşkar edilməyib…

Qeyd edilib ki, qəzaya 69 saniyə qalmışa qədər heç bir fövqəladə hadisə və ya ekipajla əlaqədə kəsilmə qeydə alınmayıb.

Helikopterin qəzaya uğramasında təxribat ola biləcəyi ilə bağlı da araşdırmalar aparılıb.

Helikopterin qalıqlarından götürülən nümunələr qiymətləndirilib.

“Sabotaj və ya elektron müharibəyə müdaxilə ilə bağlı heç bir sübut tapılmadı”.

İran Baş Qərargahı təxribat və ya elektron müharibəyə müdaxilə ilə bağlı heç bir dəlil olmadığını açıqlayıb.

Xəbərdə həmçinin, vertolyot havaya qalxdıqdan sonra hava şəraitinin vizual uçuş şəraitinə uyğun olduğuna diqqət çəkilib.

Bununla belə, hava şəraitinin dönüş marşrutunun qəzaya təsiri daha ətraflı araşdırılmalı olduğu vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Super çiçəkli ayın yüksəlməsi vizual ziyafət yaratdı

Aynur Camal

Rusiya: Səudiyyə Ərəbistanı ilə əlaqələr konstruktiv və etibarlıdır

Aynur Camal

ABŞ Kemp Devid Sammiti ilə Asiya-Sakit okeanda Çinə qarşı əməkdaşlığı gücləndirir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu