Dünya

İranda insanlar prezident seçkilərinin ikinci turu üçün seçkilərə gedirlər

Bu gün İranda 14-cü müddətə prezident seçkilərinin ikinci turu keçirilir. Qalib ölkənin 9-cu prezidenti olacaq.

61 milyon 452 min 321 seçicinin olduğu İranda insanlar iyunun 28-də prezidenti seçmək üçün sandıq başına gedib.

İran Daxili İşlər Nazirliyinin Seçki Komissiyası Mərkəzinin sözçüsü Möhsin İslaminin açıqladığı rəqəmlərə görə, Məsud Pezeşkiyan 10 milyon 415 min, Səid Cəlili isə 9 milyon 473 min səs toplayıb.

Namizədlərin heç biri 50 faizi keçə bilmədiyi üçün ən çox səs toplayan Məsud Pezeşkiyan və Səid Celili ikinci tura keçib.

Pezeşkian 42,5 faiz, Celili isə 38,6 faiz səs toplayıb.

Seçkilərdə iştirak nisbəti 40 faiz səviyyəsində qalıb. İbrahim Rəisinin seçildiyi əvvəlki seçkilərdə bu nisbət yüzdə 48 idi.

Bu gün prezident seçkilərinin ikinci turu keçirilir.

İkinci turun qalibi ölkənin 9-cu prezidenti olacaq.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Venesiya yaxınlığındakı Napoleon qalalı ada satışa çıxarıldı

Aynur Camal

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvaya endi

Aynur Camal

Tramp Ontario gölünün adını “Amerika gölü” qoymağı düşünür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu