Baş xəbərDünya

İranda itkin düşmüş azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldü

Bugun.tv xəbər verir ki, İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb. Bu barədə anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: ” Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub”.

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də Almaniyanın Yena Universitetinin  təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın  5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Mənbə: apa.az

Kəmalə Sultan

Oxşar xəbərlər

Zelenski: Rusiyanın enerji və hərbi obyektlərinə zərbələr tamamilə haqlıdır

Aynur Camal

Məşhur “Five Guys” şəbəkəsi filiallarını bağlayır: Türkiyə planı gündəmdədir

Aynur Camal

Xəzər dənizinin səviyyəsi enməkdə davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu