Image default
Baş xəbərSiyasət

İranda qarşıdurma: Polis və silahlı qrup qarşıdurması

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən qarşıdurmada bir nəfərin öldüyü, dördü polis olmaqla beş nəfərin yaralandığı bildirilir.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, təhlükəsizlik mənbələri hadisə ilə bağlı məlumat paylaşıb.

Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərində təhlükəsizlik qüvvələri ilə terrorçu olduğu iddia edilən silahlı qrup arasında qarşıdurma baş verib.

Qarşıdurma zamanı silahlı qruplaşmanın bir üzvünün öldürüldüyü, digərinin yaralandığı, dörd polis əməkdaşının da yaralandığı bildirilir.

Təhlükəsizlik mənbələri hücum edənlər və ya təşkilatın özü haqqında məlumat verməsələr də, bölgədə silahlı fəaliyyətlər həyata keçirən “Ceyş əl-Adl” qruplaşması İranın Pakistanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində vaxtaşırı silahlı aksiyalar həyata keçirir.

İranda “terror təşkilatı” sayılan Ceyş əl-Adl “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edir və Tehran hökumətinə qarşı silahlı fəaliyyətlə məşğuldur.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniyanın yeni baş naziri: “40 ilin ən böyük dəyişikliklərini həyata keçirəcəyik”

Aynur Camal

Rusiya və Ukrayna qarşılıqlı hücumları davam etdirir: Odessa raket atəşinə tutuldu, Moskva yüzlərlə pilotsuz aparatın hədəfinə çevrildi

Aynur Camal

İran prezidenti: “Ölkə tammiqyaslı müharibə şəraitindədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu