25 C
Baku
23 Sentyabr 2026, 12:05
Baş xəbərDünya

İrandan Fransaya səyahət xəbərdarlığı

Bugun.tv xəbər verir ki, İran davam edən küçə hadisələri və zorakılıq aktları səbəbindən öz vətəndaşlarını zərurət olmadıqca Fransaya getməməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada ölkə vətəndaşlarına Fransada baş verənlərlə bağlı xəbərdarlıq edib.

“Fransada təhlükəsizlik problemlərinə görə bu ölkədəki vətəndaşlarımızdan zərurət olmadıqca küçəyə çıxmamalarını və münaqişə bölgələrindən uzaq durmalarını xahiş edirik. İranlılar zərurət olmadıqca bu ölkəyə səyahət etməkdən çəkinməlidirlər. Fransa hökuməti insan ləyaqətinə, ifadə azadlığına və dinc toplaşmaq hüququna əsaslanan prinsiplərə hörmət edərək öz xalqı ilə münaqişələrə son qoymalıdır”, – sözçü bildirib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Afrika böyük mobil ödəniş şirkəti London birjasına çıxmağa hazırlaşır

Aynur Camal

Atlantik okeanında mühüm cərəyanın zəiflədiyi aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu