Baş xəbərDünya

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan reaksiya

Bugun.tv  xarici KİV-dən əldə etdiyi məlumata əsasən, ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatlarına münasibət bildirib.

Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinqdə danışıb.

“Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə, İran bölgədə zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur.

Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha öncə fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”, – Ned Prays vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu