DünyaHadisə

İranın PUA hücumu Küveyt hava limanını vurdu: 63 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanı ərazisində azı 63 nəfər yaralanıb.

Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, yaralananlar arasında hava limanının əməkdaşları və sərnişinlər də var. Xəsarətlər arasında sınıqlar, kəllə-beyin travmaları və partlayış nəticəsində yaranan ağır zədələr qeydə alınıb.

Hadisədən sonra hava limanının fəaliyyəti təcili şəkildə dayandırılıb. Küveyt Mülki Aviasiya İdarəsi uçuşlara məhdudiyyət tətbiq olunduğunu açıqlayıb. Hazırda təyyarələrin qəbulu və yola salınması digər hava limanları vasitəsilə həyata keçirilir.

Küveyt Müdafiə Nazirliyi bildirib ki, gecə saatlarında həyata keçirilən hücum hava limanının binalarına ciddi ziyan vurub. Yerli KİV-in məlumatına görə, zərər görən terminal cəmi bir neçə gün əvvəl əvvəlki hücumdan sonra yenidən fəaliyyətə başlamışdı.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dörd miqrant işçi avtomobildə diri-diri yandırıldı

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu