qlobal istiləşmə, istilik dalğaları, iqlim dəyişikliyi, Reuters araşdırması, istixana qazları, ekstremal hava, Vera istilik dalğası, Yer kürəsinin iqlimi
Dünya

Reuters: Nəhəng istilik dalğaları Yer kürəsinin daha böyük hissəsini əhatə edir

Bugun.tv xəbər verir ki, “Reuters” agentliyinin apardığı geniş araşdırmaya əsasən, dünyada uzunmüddətli və geniş əraziləri əhatə edən istilik dalğaları son onilliklərdə nəzərəçarpacaq dərəcədə artıb. Araşdırma göstərir ki, əvvəllər nadir rast gəlinən bu hadisələr hazırda daha tez-tez baş verir və aylarla davam edə bilir.

Agentliyin oktyabrın 20-də dərc etdiyi araşdırmada meteoroloq və iqlim mütəxəssislərinin rəyləri, eləcə də 1960-cı ildən etibarən qlobal temperatur göstəriciləri təhlil edilib. Reuters bu miqyaslı hadisələri fərqləndirmək üçün “istilik fırtınası” anlayışından istifadə edir. Agentliyin müəyyən etdiyi meyarlara görə, ən azı beş gün davam edən qeyri-adi isti hava dövrü istilik dalğası sayılır. Belə dalğanın ən geniş mərhələsində Yer səthinin azı 1 faizini əhatə etməsi isə onu “istilik fırtınası” kateqoriyasına daxil edir.

Reuters-in hesablamalarına əsasən, 1960-cı illərdə bu kateqoriyaya aid hadisələrin illik orta sayı təxminən 5 olduğu halda, hazırkı onillikdə bu göstərici 102-yə çatıb.

Araşdırmada ən böyük belə hadisənin 2023–2024-cü illərdə baş verdiyi bildirilir. “Vera” adlandırılan istilik dalğası 367 gün davam edib və ən geniş mərhələsində Yer kürəsinin təxminən 85 faizini əhatə edib. Bu hadisə müxtəlif regionlarda insanların sağlamlığına, kənd təsərrüfatına və ekosistemlərə ciddi təsir göstərib.

Mütəxəssislər istixana qazlarının artmasını istilik dalğalarının güclənməsinə təsir edən əsas amillərdən biri kimi göstərirlər. El Niño kimi təbii iqlim hadisələri də bu prosesləri daha da gücləndirə bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyi üçün faydalı meyvələrdən biri: qaragilənin üstünlükləri

Aynur Camal

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu