İraqın baş naziri Məhəmməd Şia Sudani İŞİD-in İraq valisi adlandırılan şəxsin Həmrin dağlarında öldürüldüyünü açıqlayıb. Sudani, “İraq torpaqları terrorçulardan və onların günahlarından təmizlənənə qədər onları gizləndikləri yerlərə qədər izləyəcəyik və məhv edəcəyik” deyib.
İraqın baş naziri Məhəmməd Şia Sudani sosial media hesabından verdiyi açıqlamada, Səlahəddin vilayətində Həmrin dağlarında İraqın qondarma valisi və terror təşkilatı DEAŞ-ın 8 rəsmisinin öldürüldüyünü bildirib.
İraqın baş naziri Məhəmməd Şia Sudani mövzu ilə bağlı verdiyi açıqlamada Terrorla Mübarizə Bölməsi və Milli Təhlükəsizlik Agentliyinin birgə həyata keçirdiyi əməliyyatı “qəhrəmancasına və bacarıqlı” olaraq xarakterizə edərək, “Terrorçular gizləndikləri çuxurlarda hədəfə alınıb” deyib.
“İraqda terrorçulara yer yoxdur” deyən Sudani, “İraq torpaqları terrorçulardan və günahlarından təmizlənənə qədər onları gizləndikləri yerlərə qədər izləyəcəyik və məhv edəcəyik” dedi.
İraq Birgə Əməliyyat Komandanlığından verilən açıqlamada əməliyyatın səhər saatlarında Beynəlxalq Koalisiya Qüvvələrinin texniki dəstəyi və həssas kəşfiyyat məlumatlarının paylaşılması ilə həyata keçirildiyi bildirilib. Açıqlamada, “İraq valisi olaraq tanınan Casim Mezrui Əbu Abdulkadir də daxil olmaqla 9 terrorçu məhv edilib. “Terrorçuların kimliyi DNT testləri tamamlandıqdan sonra açıqlanacaq”.
Həmçinin bildirilib ki, “Terrorçuların istifadə etdiyi 8 sığınacaqda külli miqdarda silah, sursat və texnika ələ keçirilib”. Əməliyyat zamanı sığınacaqların tamamilə dağıdıldığı, partlayıcı maddə istehsalı üçün istifadə edilən böyük sexin də dağıdıldığı bildirilib və əməliyyatın davam etdiyi vurğulanıb.
Mənbə: hurriyyət.tr