Baş xəbərDünya

Milyarder özünə yeni iş tapdı

Alibaba Group həmtəsisçisi, çinli milyarder Cek Ma Tokio Universitetinin Tokio Kollecinə qonaq professor kimi qatılıb.

Bu barədə Bloomberg məlumat yayıb.

58 yaşlı Ma-nın bu gündən tədrisə başlayacağı gözlənilir.

Universitetdən verilən məlumata görə, milyarder tələbələrə tədqiqatlar, xüsusən də davamlı kənd təsərrüfatı və qida istehsalı ilə bağlı məsləhətlər verəcək.

Ma həmçinin sahibkarlıq və innovasiya ilə bağlı seminarlar keçirəcək.

“Deyəsən, onun bir iş adamı kimi karyerası başa çatıb. O, əvvəllər ingilis dili müəllimi kimi çalışıb və biznesindən təqaüdə çıxdıqdan sonra müəllimliyə qayıtmaq arzusunu ifadə edib”, – LightStream Research analitiki Oshadhi Kumarasiri bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Şimali Koreya bir neçə ballistik raket buraxdı

Aynur Camal

Çin Tayvanla əlaqələrə görə iki ölkənin rəsmisinə sanksiya tətbiq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu