Baş xəbərHadisə

İş adamı arı sancmasından öldü

Bugun.tv xəbər verir ki, Muğlanın Bodrum rayonunda arı sancması nəticəsində xəstələnən iş adamı Aydın Berkmanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə tətil zamanı baş verib. 61 yaşlı iş adamı ailəsi ilə birlikdə qayıqda tətilə çıxıb.

Bu zaman arı onu başından sancıb. Aydın Berkmanın ürəyi dayanıb. Ona həkimlər uzun müddət ürək masajı ediblər. Lakin bütün səylərə baxmayaraq Berkmanı xilas etmək mümkün olmayıb.

Aydın Berkmanın cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Muğla Ədliyyə Tibb Təşkilatına aparılıb.

Mərhumun arı sancmasına qarşı allergiyası olduğu öyrənilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq

Aynur Camal

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu