24 C
Baku
29 İyun 2025, 1:10
Sosial

İşdən çıxarılan dəmiryolçular etiraz etdilər!  

Bugun.tv xəbər verir ki, son zamanlar dövlət müəssisələrinin əksəriyyətindən işdənçıxarılma halları ilə bağlı şikayətlər var. Şikayət olunan belə qurumlardan biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Fövqəladə Hallar Qatarı” MMC-nin Gəncə bölməsidir.

Belə ki, səslərinin, şikayətlərinin eşidilmədiyini görən işdən ixtisara salınan Rəşad Quliyev, Rəşad Məhərrəmov, Həmid Heydərov, Tural Aslanov, Mübariz Kazımov, Xaliz Aslanov və başqaları toplaşaraq sosial şəbəkə hesablarından əlaqədar qurumlara müraciət ediblər. Haqsız yerə çıxarılmaları barədə qərar qəbul olunduğunu  söyləyən Arif Abbasov və digərləri videomüsahibədə qurumun 30-a yaxın əməkdaşını işdən azad etmək istədiklərini bildiriblər.

“28 nəfəri işdən azad etmək istəyirlər. Hərəsinin 2-3 uşağı var. Səbəb olmadan fəhlələri işdən çıxararaq işçilərin övladlarını ac qoyurlar. Halbuki, biz vətən üçün canımızdan keçməyə hazır olan şəxslərik. 44 günlük müharibəyə də könüllü yazılmışdıq. Əsgərlərimizə müharibə zamanı geyim, qida köməkliyimizi əsirgəməmişik. İşlədiyimiz müddətdə uğurlarımız çox olub. İndi tələb edirlər ki, bildirişə qol çəkib öz xoşumuzla işdən uzaqlaşaq. Səbəb isə idarənin bağlanmasını bildirirlər”.

Sözügedən şikayətlə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti ilə əlaqə yaratdıq. Bildirdilər ki, şikayət edən işçilərin çıxarılmasında heç bir qanuna zidd əməl yoxdur. Onlarla bağlanan əmək müqaviləsinin vaxtı bitib və işdən azad olunublar.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Dmitri Medvedevin “Twitter”dəki paylaşımı blok edildi

Nigar Məmmədova

BDYPİ- i sürücülərə müraciət etdi

Aynur Camal

XİN 4 nəfəri persona-non-grata elan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu