25 C
Baku
27 İyul 2024, 4:29
Dünya

 İşğal ordusu yenə günahsızları hədəfə aldı!

Qəzzada qətliamlar həyata keçirən İsrail, qadın və uşaqların da olduğu dinc sakinləri hədəf alır və qanlı hücumları dayanmır.

Rəfah hücumundan sonra işğalçılar yenidən sığınacaq mərkəzlərini hədəfə alıblar. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağının şimalında yerləşən Cibaliyadakı sığınacaq mərkəzlərinin İsrail tərəfindən hücuma məruz qaldığını açıqlayıb. Agentlik hücumları dayandırmağa və dünyanı hücum edənləri məsuliyyətə cəlb etmək üçün hərəkətə keçməyə çağırıb.

UNRWA-dan verilən yazılı açıqlamada, Cibaliyada “İsrail tankları ilə əhatə olunmuş sığınacaq mərkəzlərində uşaqların da olduğu köçkünlərin öldüyü və yaralandığı” bildirilib.

Açıqlamada, İsrail ordusunun sığınacaq mərkəzlərindəki çadırları yandırdığı, UNRWA ofislərinin “İsrail təyyarələrinin hava hücumları və buldozerləri ilə dağıdıldığı” ifadə edilib.

UNRWA Qəzzadakı 170-dən çox obyektin məhv edildiyini və ya zədələndiyini açıqlasa da, UNRWA-nın obyektlərinin “hədəf olmadığı” vurğulanıb. Bəyanatda “hücumların dayandırılması və dünyanın hücum edənlərin məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçməsi” çağırışı edilib.

İsrail ordusu təxminən 20 gün əvvəl Qəzzanın şimalındakı Cibaliya bölgəsinə növbəti intensiv hücuma keçib. Hücumlar səbəbilə bölgədə yaşayan 100 mindən çox fələstinli evlərini tərk etmək məcburiyyətində qalarkən, İsrail əsgərləri dünən Qəzzanın şimalındakı Cibaliyadan geri çəkilərək ağır dağıntılar buraxıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Qubernator Rusiya bölgəsinin Ukraynadan atəşə tutulduğunu bildirdi

Aynur Camal

Məhbus ailələrinin çağırışlarına məhəl qoyulmur

Aynur Camal

Həddindən artıq isti hava səbəbindən elektrik istehlakında tarixi rekord qırılıb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu