Baş xəbərDünya

İşğal ordusuna məxsus helikopter Rəfəhdə qəzaya uğrayıb: Ölən və yaralananlar var

Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında işğalçı orduya məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan sionistlərin sayının 2, yaralıların sayının isə 7 olduğu bildirilib.

İşğal ordusundan verilən açıqlamaya görə, Rəfahda yaralı əsgərin təxliyyəsi zamanı helikopter qəzaya uğrayıb.

Bildirilib ki, helikopter yerli vaxtla saat 00.32-də eniş edərkən qəzaya uğrayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 işğalçı ölüb, 7 sakin yaralanıb.

İşğal ordusundan verilən açıqlamada helikopterin qəzaya uğramasının səbəbinin müqavimət hərəkəti olmadığı iddia edilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Aynur Camal

Yanacaq böhranı: Vətəndaşlar benzin üçün saatlarla növbə gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu