27 C
Baku
17 Sentyabr 2026, 13:58
Baş xəbərDünya

İşğalın 320-ci günündə Qəzzaya bombalar yağdı

İşğal ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 5 fələstinli şəhid olub.

İşğal ordusu 320-ci gündə Qəzza zolağına qarşı hücumlarını davam etdirir. Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şimal-qərbində işğalçı ordunun hədəf aldığı binaların dağıntıları altından 4 fələstinlinin cəsədi çıxarılıb.

Rəfahın qərbindəki Əl-Məvasi bölgəsində köçkün mülki vətəndaşların çadırlarının hədəfə alınması nəticəsində çoxlu fələstinli yaralanıb.

 İşğalçı təyyarələr Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin qərbində yerləşən Es-Satar əl-Qərbi bölgəsini hədəfə alarkən, artilleriya birlikləri şəhərin şimalındakı Əl-Karara bölgəsində mülki yaşayış evlərini bombalayıb.

İşğalçı təyyarələr Qəzza zolağının şimalında Cibaliya düşərgəsinin Tel əz-Zatər bölgəsində fələstinli “Əl-Hatip” ailəsinin evini bombalayıblar.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu