19 C
Baku
28 İyun 2025, 7:21
Sosial

İşləyən analara hansı güzəştlər edilməlidir?

Hamiləlik və doğuşdan sonrakı dövr qadınlar üçün ən çətin ərəfə hesab olunur. Xüsusilə də, işləyən qadınlar üçün. Bu hal nəzərə alınaraq qanunvericilikdə onlar üçün müəyyən güzəştlər tətbiq olunub.
Bugun.tv-nin araşdırmasına görə, hamilə və 3 yaşa qədər uşağı olan analarla bağlı güzəştlər Analığın Mühafizəsi haqqında Konvensiyada və Əmək Məcəlləsində öz əksini tapıb.
Analığın Mühafizəsi haqqında Konvensiya işləyən qadınların sağlamlığının mühafizəsi, hamiləlik, xəstəlik və ağırlaşmaları, eyni zamanda məzuniyyət, müavinətlər, iş yerinin saxlanılması və ayrı-seçkiliyə yol verilməməsi kimi məsələləri tənzimləyir. Bu onların öz reproduktiv dövrlərini güvən hissi ilə yaşamalarını təmin edir.
Dövlət Əmək Müfəttişliyinin əməkdaşı Nərmin Orucovanın sözlərinə görə, Azərbaycan ölkədə analığın mühafizəsinin təmin edilməsi məqsədiylə 2010-cu il 10 may tarixində Beynəlxalq Əmək Təşkilatının analığın mühafizəsinin təmin edilməsi ilə bağlı 183 saylı konvensiyaya qoşulub. “Bu konvensiya ilə analara, eləcə də hamilə qadınlara məzuniyyətin və müavinətin verilməsi, onlara qarşı ayrıseçkiliyin qadağan edilməsi, iş yerində sağlamlığının və təhülkəsiziliklərinin təmin olunması, ana südü ilə qidalanmanın təşkili və digər hüquqlar verilir. Beynəlxalq Əmək Təşkilatının bu konvensiyasının şərtləri işləyən bütün qadınlara şamil edilir”.
Əmək Məcəlləsində də hamilə və yaş yarıma qədər uşağı olan qadınlara görə müəyyən güzəştlər nəzərdə tutulub. Belə ki, onların gecə vaxtı, bayram və istirahət günlərində işə cəlb olunması yolverilmzədir.
“Qanunda, eyni zamanda uşaqlı qadınlara, 14 yaşına qədər 2 uşağı olanlara 2 təqvim günü, eyni zamanda eyni yaşda olan 3 və daha artıq uşaqlı analara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət nəzərdə tutulur. Onların fizioloji xüsusiyyətləri, səhhəti və digər şərtlər nəzərə alınaraq qanunla belə qadınlara natamam iş vaxtı, eyni zamanda qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Yaş yarıma qədər uşağ olan qadınların və ya uşaqları təkbaşına böyüdən kişilərin 36 saatdan artıq işləməsinə yolverilmir”.
Qeyd edək ki, əmək hüquqları pozulmuş analar Dövlət Əmək Müfəttişliyi Xidmətinə, 142 çağrı mərkəzinə, yaxud qurumun sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Reklam sektorunda ÇATIŞMAZLIQLAR – “Bu sahədəki birliklər imkanlarını birləşdirməlidirlər”

Teymur Əziz

Karyera bacarıqlarının artırılması üçün təlim kursuna qeydiyyat başlandı

Aynur Camal

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu