Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində azı 15 nəfər həyatını itirib, 80-dən çox insan yaralanıb.
Geo News nəşrinin məlumatına görə, hadisə paytaxtın Shehzad Town bölgəsində yerləşən və şiələrə aid olduğu bildirilən İmam Bargah məscidində cümə namazı zamanı baş verib.
Polis partlayış nəticəsində azı 15 nəfərin öldüyünü, 80-dən çox şəxsin isə yaralandığını açıqlayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələr partlayışın intiharçı hücum nəticəsində baş verdiyini bildirib.
Yaralananların xəstəxanalara çatdırıldığı qeyd olunub. Rəsmilər İslamabaddakı Poliklinik Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA xəstəxanasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Hazırda təcili yardım və polis əməkdaşları məscid ətrafında axtarış-xilasetmə və araşdırma işlərini davam etdirir.
Mənbə: TrtHaber
