28 C
Baku
9 İyul 2025, 11:17
Baş xəbərDünya

İslandiyadakı vulkan son bir ildə yeddinci dəfə püskürüb

İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında yerləşən vulkan bu il 7-ci dəfə püskürüb. İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Reykjanes yarımadasındakı vulkan dünən yenidən püskürüb.

Açıqlamada partlayışdan sonra vulkanın ətrafında intensivliyi avqust ayına nisbətən daha az olan 3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib və hadisənin hava yolları üçün təhlükə yaratmadığı paylaşılıb.

Səlahiyyətlilər Grindavik şəhəri də daxil olmaqla bəzi ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, ərazidəki 50-yə yaxın sakin təxliyə edilib.

Bildirilir ki, sözügedən partlayış bir il ərzində bölgədə 7-ci vulkanik aktivlikdir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı- VİDEO

Aynur Camal

“İntihar hallarının artmaması üçün valideynlər daha diqqətli olmalıdırlar”

Bugün TV

Uzun həftə sonları niyə tətili əvəz etmir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu