Dünyaİdman

İspan mütəxəssis Luis Enrikenin yeni iş yeri bəlli oldu

“PSJ” tezliklə ispan mütəxəssis Luis Enrikenin baş məşqçi təyin olunduğunu elan edəcək. Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz tvitter hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Enrikenin təyinatı ilə bağlı rəsmi açıqlama parislilər Kristof Qaltye ilə razılaşmanı başa vurduqdan sonra veriləcək.

Xatırladaq ki, Enrike 2023-cü ilin yanvarından İspaniya millisindən ayrıldıqdan sonra işsizdir. İspan mütəxəssis “Barselona”da çıxış etdiyi müddətdə 9 kubok qazanıb.

Qeyd edək ki, daha əvvəl “PSJ” rəhbərliyinin digər namizədlər – Yulian Naqelsman və Xabi Alonso ilə danışıqları barədə məlumat yayılmışdı.

Bugün TV

Oxşar xəbərlər

Hobbilər demensiya riskini azalda bilər – alimlərdən maraqlı açıqlama

Aynur Camal

Hücumlardan saatlar sonra evləri dağılan ukraynalı cütlük evləndi

Aynur Camal

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu