28 C
Baku
11 Sentyabr 2025, 16:41
Dünya

İspaniya qatarları toqquşub- çoxlu sayda xəsarət alan var

Xarici xəbərlər.

İspaniyanın şimal-şərqindəki Kataloniya bölgəsində iki qatarın toqquşması nəticəsində ən azı 155 nəfər xəsarət alıb. Qəza Barselonanın kənarındakı stansiyada baş verib.

Yerli media bildirib ki, qatarların eyni istiqamətdə hərəkət edib və biri stansiyada dayanarkən toqquşub. Rəsmilər isə hələlik şərh verməyiblər.

Fövqəladə hallar rəsmiləri Twitter-də yazıb ki, qəza Montcada i Reixac – Manresa stansiyasında, şəhər mərkəzindən təxminən 12 km (7 mil) aralıda baş verib.

Twitter-də yazan fövqəladə xidmətlərin sözlərinə görə, 150 nəfərin vəziyyəti “yüngül”, daha beş nəfər isə “daha az ağır vəziyyətdədir”.

Onlar əlavə ediblər ki, 3 nəfər xəstəxanaya yerləşdirilib. Milli dəmir yolu xidməti Renfe bildirib ki, qəzaya görə bir neçə xətdə qatarların hərəkəti qısa müddətə kəsilib.

“Yerli radiostansiya olan RAC1-ə toqquşma zamanı qatar dolu idi və mənim də içərisində olduğum sonuncu  vaqon isə tamamilə dolu idi”- sərnişinlərdən biri deyib.

Mənbə: BBC NEWS.

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada yeni qırğın! Beyt Lahiyadakı bombardman: 25 ölü

Aynur Camal

Daha az bişirmək və sağlam yemək üçün soyuducunuzu nə ilə doldurmalısınız

Aynur Camal

Kamala Harrisdən diqqətəlayiq açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu