İspaniyanın şimal-şərqindəki Kataloniya bölgəsində iki qatarın toqquşması nəticəsində ən azı 155 nəfər xəsarət alıb. Qəza Barselonanın kənarındakı stansiyada baş verib.
Yerli media bildirib ki, qatarların eyni istiqamətdə hərəkət edib və biri stansiyada dayanarkən toqquşub. Rəsmilər isə hələlik şərh verməyiblər.
Fövqəladə hallar rəsmiləri Twitter-də yazıb ki, qəza Montcada i Reixac – Manresa stansiyasında, şəhər mərkəzindən təxminən 12 km (7 mil) aralıda baş verib.
Twitter-də yazan fövqəladə xidmətlərin sözlərinə görə, 150 nəfərin vəziyyəti “yüngül”, daha beş nəfər isə “daha az ağır vəziyyətdədir”.
Onlar əlavə ediblər ki, 3 nəfər xəstəxanaya yerləşdirilib. Milli dəmir yolu xidməti Renfe bildirib ki, qəzaya görə bir neçə xətdə qatarların hərəkəti qısa müddətə kəsilib.
“Yerli radiostansiya olan RAC1-ə toqquşma zamanı qatar dolu idi və mənim də içərisində olduğum sonuncu vaqon isə tamamilə dolu idi”- sərnişinlərdən biri deyib.