27 C
Baku
10 İyun 2025, 11:43
Dünya

İspaniya və Ukrayna arasında müdafiə müqaviləsi

İspaniya ilə Ukrayna arasında ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanacağı bildirilib. İki liderin Madriddə görüşmək barədə razılığa gəldiyi qeyd edilib.

İspaniya hökumət mənbələrinin EFE xəbər agentliyinə verdiyi açıqlamada Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın günlərdə Madridə gələcəyi bildirilib.

Bildirilib ki, Zelenski və İspaniyanın baş naziri Pedro Sançes iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini imzalayacaqlar.

Qeyd olunub ki, məsələ mayın 7-də Sançesin Zelenski ilə telefon danışığında gündəmə gəlib və iki lider Madriddə görüşməyə razılaşıb.

Zelenski sonuncu dəfə 2023-cü ilin oktyabrında Qranadada keçirilən Avropa Siyasi Birliyinin toplantısı üçün İspaniyaya gəlmişdi.

Digər tərəfdən, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu gün keçirdiyi mətbuat konfransında Zelenskinin təhlükəsizlik səbəbiylə Madridə nə vaxt gələcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Albares Rusiyanın Ukraynaya təcavüzünün “ədalətsiz” olduğunu vurğulayaraq, İspaniyanın lazım olduğu müddətcə bütün sahələrdə Ukraynaya dəstəyini davam etdirəcəyini təkrarlayıb.

İspaniya mətbuatında dərc olunan və hökumət mənbələri tərəfindən təsdiqlənən xəbərdə İspaniyanın Ukraynaya Patriot raketləri göndərəcəyi açıqlanıb.

Mənbə: Ntv.Tr

Kəmalə Sultan

Oxşar xəbərlər

2 ton partlayıcıya bərabər fabrik partladı

İntizar Əmirova

Çeçenistanda atışma olub – video

Aynur Camal

Üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu