25 C
Baku
21 Sentyabr 2026, 12:46
Baş xəbərDünya

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər hakimiyyəti dünya çempionatı öncəsi ölkəyə gələn, COVID-19-a qarşı peyvənd olunmayan turistlər üçün karantini ləğv edib.

Bugün.tv “Report”a istinadən xəbər verir ki, bununla belə, 48 saat əvvəl PCR və ya səfərdən 24 saat əvvəl aparılan sürətli antigen testinin nəticələrinin olması tələbi qalır.

Bu arada məlum olub ki, Qətər dünya çempionatı zamanı stadionlarda tütün məmulatlarının reklamını qadağan edəcək.

Qeyd edək ki, Qətər dünya çempionatına ev sahibliyi etmək hüququ qazanan ilk ərəb ölkəsi olub. Turnir ölkədə noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Arıqlama dərmanları restoranlara da təsir edir

Aynur Camal

İngiltərə Avropa İttifaqına geri qayıdır? Xalqdan bütün zamanların ən böyük dəstəyi

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu