16 C
Baku
28 Mart 2024, 14:14
Baş xəbərDünya

İspaniyada ənənəvi Las Luminarias festivalında atlar atəşin içindən keçirilib

Xarici Xəbərlər. 

İspaniyada keçirilən ənənəvi Las Luminarias festivalı davam edir.

Belə ki, İspaniyanın Castilla y Leon bölgəsindəki San Bartolome de Pinares kəndində 400 illik tarixi olan Las Luminarias festivalı çərçivəsində atlar böyük yanğınların üstündən keçirilib.

Təxminən 500 nəfər əhalisi olan San Bartolome de Pinares kəndində havaların soyuq olmasına baxmayaraq festivala insanların, eyni zamanda mətbuatın da marağının yüksək olduğu müşahidə edilib.

XVIII əsrdən qalma ənənə və xristian inancı ilə heyvanların qoruyucusu kimi qəbul edilən Müqəddəs Anton hər il yanvarın 17-də anılır. Güman edilir ki, sıx od və tüstü ilə sürülən atlar kəndliləri pisliklərdən təmizləyir və heyvanları qoruyur.

Ənənəyə görə, kilsədəki ritualdan sonra keşiş tərəfindən xeyir-dua verilən atlar daha sonra kortejdə kəndin müxtəlif yerlərində yandırılan odların üstündən keçirilir. Kənd sakinləri daha çox tüstü yaratmaq üçün ocaq yandırarkən ağacların incə yaşıl budaqlarını yandırırlar.

İspaniyadakı heyvan hüquqları dərnəkləri, hər il olduğu kimi bu il də atların əziyyət çəkdiyini əsas gətirərək, od əvəzinə yalnız tüstüdən istifadə edilməsi tələbini təkrarlayıblar. Lakin buna baxmayaraq, atların ən yaxşı şəkildə qorunduğunu və heç bir zərər görmədiyini iddia edən kənd camaatı bu ənənəni davam etdiriblər.

Mənbə: aa.com.tr

Aynur Camal

Oxşar xəbərlər

İsveçrə Xartumdakı səfirliyini bağlayacaq

Nigar Məmmədova

İlham Əliyev Baydeni təbrik edib

Bugün TV

Qida zəhərlənməsi ilə 11 nəfər xəstəxanaya çatdırıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu