6 C
Baku
24 Fevral 2026, 0:10
Digər

İspaniyada meşə yanğınları tüğyan edir

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, hakimiyyət onların bəzilərinin qəsdən törədilən yanğın, əksəriyyətinin isə iqlim dəyişikliyinin nəticəsi olduğunu hesab edir. Mütəxəssislər hesab edirlər ki, torpağı nəmlə təmin etmək həyati əhəmiyyət kəsb edir. Müşahidələr tarixində ən böyük yanğın Zamora əyalətində qeydə alınıb və alovlar qonşu rayonlara da yayılıb. Son bir həftə ərzində 80 min hektardan çox ərazi yanıb, minlərlə insan təxliyə edilib. Yanğının yayılma dinamikası son dərəcə sürətli olub. Belə ki, cəmi bir gün əvvəl yanğının sahəsi 23 min hektardan az idi. Son on il ərzində Zamorada daha iki böyük yanğın da baş verib – 2022-ci ildə Tabara və Ferreras de Arriba ərazilərində müvafiq olaraq 32 528 və 28 046 hektar ərazidə yaşıllıqlar məhv olub. Ümumilikdə, bu iki yanğın daha sonra 60 min hektardan çox ərazini bürüyüb.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu