28 C
Baku
10 Sentyabr 2025, 16:12
Baş xəbərDünya

İsrail ABŞ-dan 25 ədəd F-35 qırıcısı alacaq

Bugun.tv xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin ABŞ-la 25 ədəd F-35 Lightning II döyüş təyyarəsinin alınması üçün müqavilə imzaladığı açıqlanıb.

Belə ki, İsrailin 3 milyard dollarlıq sövdələşmə ilə üçüncü F-35 gizli döyüş təyyarələrinin alınmasına razılıq verdiyi bildirilib.

Açıqlamada təyyarələrin İsrailin ABŞ-dan aldığı müdafiə yardım paketi ilə maliyyələşdiriləcəyi və son sifarişlə İsrail Hərbi Hava Qüvvələrinin inventarındakı F-35-lərin sayının 75-ə, eskadronların sayının 3-ə yüksələcəyi qeyd olunub.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın dövründə ABŞ 2017-2028-ci illər arasında Təl-Əvivə 38 milyard dollar qrant ayırıb.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Rusiya qanunvericiləri ABŞ Konqresini İl-76-nın vurulmasının arxasında duranları məsuliyyətə cəlb etməyə çağırsınlar

Bugün TV

Uşaqların əxlaqına zidd olan paylaşımlar qadağan edildi

Bugün TV

“Bu gün Azərbaycan jurnalistikası öz üzərinə düşən missiyanı vicdanla yerinə yetirməkdədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu