Image default
Baş xəbərDünya

İsrail ABŞ-dan 25 ədəd F-35 qırıcısı alacaq

Bugun.tv xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin ABŞ-la 25 ədəd F-35 Lightning II döyüş təyyarəsinin alınması üçün müqavilə imzaladığı açıqlanıb.

Belə ki, İsrailin 3 milyard dollarlıq sövdələşmə ilə üçüncü F-35 gizli döyüş təyyarələrinin alınmasına razılıq verdiyi bildirilib.

Açıqlamada təyyarələrin İsrailin ABŞ-dan aldığı müdafiə yardım paketi ilə maliyyələşdiriləcəyi və son sifarişlə İsrail Hərbi Hava Qüvvələrinin inventarındakı F-35-lərin sayının 75-ə, eskadronların sayının 3-ə yüksələcəyi qeyd olunub.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın dövründə ABŞ 2017-2028-ci illər arasında Təl-Əvivə 38 milyard dollar qrant ayırıb.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu