İsrail Qəzzada dinc sakinləri öldürməyə davam edir. O, qadın və uşaqlar demədən Qəzzada bazara raket atıb.
İsrail ordusunun “təhlükəsiz zona” elan etdiyi Deyr-Belahda bazar yerini vurduğu an təhlükəsizlik kamerasına anbaan düşüb. Hücum nəticəsində 9 nəfər həlak olub.
Qəzzadakı səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail qüvvələrinin Deyr-Belah şəhərindəki bazar yerinə təşkil etdiyi hücumda 2-si uşaq, 1-i qadın olmaqla cəmi 9 nəfər həyatını itirib. Deyr Belah əvvəllər İsrail tərəfindən “təhlükəsiz zona” elan edilib və köçkün dinc əhalinin sığındığı sıx məskunlaşan ərazi kimi tanınır.
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin qərbində yerləşən Mevasi bölgəsinə gedən avtomobillərin dayanacağı kimi bombalanmış bazar yeri ümumiyyətlə izdihamlı ərazi kimi tanınır.
Dron hücumunun görüntüləri anbaan ətrafdakı təhlükəsizlik kamerasına əks olunub. 9 nəfərin həyatını itirdiyi hücumun görüntülərində hücum bölgəsində çox sayda mülki vətəndaşın olduğu ortaya çıxıb.
Mənbə: TGRT