Siyasət

İsrail-Fələstin sülh prosesini atəşkəs olmadan canlandırmaq mümkün deyil – diplomat

Bugun.tv xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, atəşkəs olmadan İsrail-Fələstin münaqişəsinin nizamlanması prosesini yenidən başlamaq mümkün olmayacaq.

“Biz ardıcıl və tərəddüd etmədən dərhal humanitar atəşkəsin tərəfdarıyıq. İlk növbədə, Qəzzanı nəzərdə tuturuq. Bununla belə, İsrail Silahlı Qüvvələrinin İordan çayının qərb sahilində güclü reydləri, Livanla Mavi Xətti atəşə tutması və özbaşına Suriya ərazisinə zərbələr dərhal dayandırılmalıdır”, o, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Fələstin məsələsinə dair iclasında deyib.

Rusiya nümayəndəsi “Hərbi əməliyyatlar dayandırılmadan, bütün ehtiyacı olanlara mənalı humanitar yardım ola bilməz, bütün girovlar azad oluna bilməz və beynəlxalq səviyyədə tanınmış əsaslarla Fələstin-İsrail nizamlanması prosesi bərpa oluna bilməz”, davam edib.

Daha sonra o, humanitar yardımın lazımi miqyasda göstərilməsi üçün ilkin şərt kimi təcili. Genişmiqyaslı atəşkəsin dəstəklənməsində “BMT liderlərinin bütün səviyyələrdə yekdil olduğunu” söylədi.

Mənbə tass 

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Çin prezidenti Si Cinpin ŞƏT sammitində iştirak edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu