Baş xəbərDünya

İsrail həm qurudan, həm də havadan zərbələr endirir

Qəzzada döyüşə qayıdan İsrail bölgədəki işğalını artırır. Ötən gün quru əməliyyatına başlayan İsrail ordusu həm qurudan, həm də havadan fələstinliləri bombalayır. Dünən ən azı 85 nəfər həyatını itirdiyi halda, atəşkəsin pozulduğu çərşənbə axşamından bəri həlak olan fələstinlilərin sayı 710-u keçib.

İsrail ordusundan verilən açıqlamada əsgərlərin Rəfah şəhərinin Şabura bölgəsində də hücumlar təşkil etdiyi bildirilib. Dünən müxtəlif nöqtələrdə həyata keçirilən hava və artilleriya hücumlarında ən azı 85 fələstinli mülki vətəndaş həyatını itirib, 133 nəfər isə yaralanıb. Fələstin rəsmiləri, 4 gündür davam edən hücumlarda dağılan binaların dağıntıları altında çoxlu insanın olduğunu və xilasetmə işlərinin məhdud imkanlarla davam etdiyini bildirib. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Halil əl-Dekran Reuters-ə verdiyi açıqlamada son 3 gündə yarısından çoxu qadın və uşaq olmaqla ən azı 710 fələstinlinin öldürüldüyünü bildirib. Son hücumlarla Səhiyyə Nazirliyinin rəqəmlərinə görə, cəmi can itkisi 49 min 617, yaralı sayı isə 112 min 950-yə yüksəldi. Dağıntılar altında qalanlar və itkin düşənlər də daxil olmaqla, can itkisinin 62 mini ötdüyü bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son bir neçə gündə onun beş əməkdaşı öldürülüb. “Son bir neçə gündə UNRWA-nın daha beş əməkdaşı öldürülüb. Oktyabrın 7-dən bu yana həyatını itirən əməkdaşlarımızın sayı 284-ə çatıb. Bunlar müəllimlər, həkimlər və tibb bacıları idi, ən həssas təbəqəyə xidmət edirdilər”, – Lazzarini sosial media hesabındakı paylaşımında bildirib. HƏMAS-ın verdiyi açıqlamada İsrail ordusunun bölgədəki humanitar fəlakəti dərinləşdirmək və qorxu yaymaq üçün xüsusi olaraq humanitar yardım işçilərini hədəf aldığı bildirilib.

HƏMAS Siyasi Bürosunun üzvü Basem Naim Əl-Cəzirə kanalına verdiyi açıqlamada yeni hücumlardan bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffdan vasitəçilər vasitəsilə yeni təklif aldıqlarını bildirib. Fələstin rəsmisi bildirib ki, əsirlərin dəyişdirilməsi müqabilində birinci mərhələyə qayıtmaq, müvəqqəti atəşkəs, sərhədlərin açılması və Qəzzaya yardım edilməsi, ikinci mərhələ danışıqlarının başlamasını nəzərdə tutan təkliflə bağlı danışıqlar davam edərkən, İsrail atəşkəsi pozaraq müharibəyə qayıtdı. Digər tərəfdən, atəşkəs pozulduqdan sonra HƏMAS dünən ilk dəfə olaraq İsrail ərazisinə raketlər göndərib. Təl-Əvivə göndərilən 3 raketin heç bir ziyana səbəb olmadığı bildirilib.İsrail ordusunun hücumları şiddətləndiyi üçün qəzzalılar daha təhlükəsiz bölgələrə keçmək üçün yollara çıxıb.

FRANSA Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Qəzzadakı son vəziyyəti müzakirə edib. Bildirilib ki, iki lider İsrailin Qəzzaya hücumlarını yenidən başlatmasını pisləyib. Sosial mediada açıqlama verən Fransa lideri Salmanla həm israillilər, həm də fələstinlilər üçün siyasi perspektivi canlandırmaq məqsədi daşıyan iki dövlətli həll konfransına həmsədrlik edəcəklərini bildirib. “Atəşkəs rejiminə qayıtmaq bütün girovların azad edilməsi və mülki şəxslərin müdafiəsi üçün vacibdir”, – deyən Makron Qəzzanın gələcəyi ilə bağlı Səudiyyə Ərəbistanı ilə birlikdə işləməyə davam edəcəklərini vurğulayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Yaxın birinizdə depressiya əlamətlərini necə bilək?

Aynur Camal

Bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edildi

Kəmalə Sultan

Liviya və Tunis arasındakı sərhəd qapısı yenidən açılıb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu