10 C
Baku
12 Dekabr 2024, 16:36
Baş xəbərDünya

 “İsrail həbsxanaları fələstinli məhbuslar üçün kütləvi məzarlığa çevrilib”

Açıqlamada, İsrail tərəfindən nəzarətə alınan qəzzalılardan 36-nın işgəncə altında öldüyü qeyd edilib.

İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həbsdə olan ümumilikdə 54 fələstinlinin həyatını itirdiyi bildirilib.

Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb:

“İsrail həbsxanalarında məhbusların yaşadıqları fəlakətin miqyası çox böyükdür. Məhbuslar görünməmiş, dəhşətli və qeyri-insani həyat şəraiti ilə üzləşirlər. İsrail Qəzzalı məhbuslara qarşı insanlığa qarşı cinayətlər, xüsusilə həbs cinayətləri törətməkdə davam edir. Beynəlxalq qurumların səhlənkarlığı ucbatından, İsrail həbsxanaları minlərlə fələstinli məhbus üçün kütləvi məzarlığa çevrilib.”

Bəyanatda həbs edilən fələstinlilərə qarşı dəfələrlə əl-ayaqlarını bağlamaq, uzun müddət gözlərini bağlamaq, elektrik cərəyanı vurmaq, sistematik ac qalmaq, zəncirlə asmaq, bədənlərini iti alətlə deşmək kimi müxtəlif işgəncələrin həyata keçirildiyi bildirilib.

“Vəhşi itlər onların üstünə atılır”

Həbs edilən fələstinlilərin də tibbi yardımdan məhrum edildiyi, vəhşi itlərin məhbusların üzərinə buraxıldığı bildirilib.

Bəyanatda beynəlxalq insan haqları təşkilatları “məhbusların məruz qaldıqları ciddi pozuntuları və vəhşi cinayətləri aşkar etmək üçün İsrail həbsxanalarına və bütün həbs mərkəzlərinə baş çəkməyə” çağırılıb.

Qəzza əhalisinin yarısı aclıq və ölümlə üz-üzədir

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, Qəzzada əhalinin yarısının, yəni 1 milyondan çox insanın iyulun ortalarında ölüm və aclıqla üzləşəcəyi proqnozlaşdırıldığını açıqlayıb.

Qriffits Sudan və Qəzzada qarşıdurmaların nəzarətdən çıxdığını, milyonlarla insanı aclıq həddinə çatdırdığını bildirib.

Həmas dünənki bəyanatında Qəzzada 3500 uşağın qida çatışmazlığı, qida əlavələri və peyvənd çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşdiyini qeyd edib.

Açıqlamada, İsrailin hücumları səbəbindən humanitar yardımın əlçatmazlığı nəticəsində indiyədək ən azı 40 uşağın aclıqdan öldüyü bildirilib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 258 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 35 fələstinlinin həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 431-ə, yaralıların sayı isə 85 min 653-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Volodimir Zelenski 220 Rusiya və Belarus şirkətinə qarşı sanksiya tətbiq etdi

Nigar Məmmədova

Putin: Ənənəvi silahlarla belə Rusiyanın suverenliyinə “kritik təhlükə” nüvə cavabı üçün əsas olacaq

Aynur Camal

100 miqrant saxlanıldı – FOTO

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu