7 C
Baku
21 Dekabr 2025, 13:16
Digər

İsrail Hələb şəhərindəki hava limanına hücum edib-İDDİA

İsrail yerli vaxtla saat 03:55-də Hələb şəhər mərkəzinin şərqindəki hava limanı ətrafına havadan hücum edib.

Bugun.tv xəbər verir ki, bu barədə Əsəd rejimi məlumat yayıb.

Hava limanının martın 7-də İsrail tərəfindən hədəf alındığını və xidmətdən çıxdığı iddia edilir.

Hələbdə “Hizbullah”a məxsus İranın dəstəklədiyi xarici terrorçu qruplar və hərbi məntəqələrin, eləcə də rejim ordusunun olduğu müəyyənləşdirilib.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri İsrail, Suriyada İranın dəstəklədiyi qruplara və rejim hərbi məntəqələrinə qarşı zaman-zaman hücumlar təşkil edir.

Mənbə:NTV

Bugün TV

Oxşar xəbərlər

ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham etdi

Teymur Əziz

Azərbaycanda Ramazan ayı başladı

Aynur Camal

Türkiyədə baş verən zəlzələdə bir nəfər həlak oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu