18 C
Baku
28 Oktyabr 2025, 2:17
Dünya

İsrail ilk dəfə hədəfə aldı! Livanın Tire hava hücumu

Qəzzanı blokadaya alan işğalçı İsrail ordusu ilk dəfə Livanın cənubundakı Sur sahil şəhəri yaxınlığında hava hücumu həyata keçirib.

İsrail ordusu ilk dəfə Livanın cənubundakı bir bölgəyə hücum edib. Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail ordusunun döyüş təyyarələri Sur şəhərinin şimal giriş yolunda yerləşən Şabriha kəndinə ardıcıl iki dəfə hücum edib.

NNA başqa bir xəbərdə, hücumda Şabriha ilə Burqaliye qəsəbəsi arasındakı sahil bölgəsində yerləşən üç mərtəbəli binanın hədəf alındığını bildirib.

Hücumla bağlı ölən və yaralananlar barədə məlumat paylaşılmayıb.

Livan mediasının dərc etdiyi görüntülərdə hava hücumunun Sur şəhərinə çox yaxın məsafəni hədəf aldığı və şəhərin şimal girişindən təxminən 3 kilometr uzaqlıqdakı kənddən tüstünün qalxdığı görülüb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Gecə yuxusu almayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur

İntizar Əmirova

Sudan ordusu xüsusi təyinatlıların qərargahlarını ələ keçirdi

Nigar Məmmədova

Macarıstan Rusiya ilə əlaqələri saxlamağa çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu