Dünya

İsrail İran və Livana hücumları genişləndirir: ABŞ zərbələrin artacağını bildirir

İsrail gecə saatlarında İran və Livana qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Bugun.tv xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İDF) İranla münaqişədə hərbi əməliyyatların yeni mərhələsinə keçdiyini açıqlayıb. Hücumlar nəticəsində İranın paytaxtı Tehran da zərbələrə məruz qalıb.

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib ki, ilkin mərhələdə həyata keçirilən “gözlənilməz başlanğıc zərbəsi” başa çatıb və əməliyyatların növbəti mərhələsinə başlanılır. Onun sözlərinə görə, İran rejiminin hərbi imkanlarına və strateji infrastrukturlarına qarşı zərbələr daha da gücləndiriləcək.

ABŞ müdafiə naziri Pit Heqset də hücumların yaxın günlərdə “kəskin şəkildə artacağını” bildirib.

ABŞ Prezidenti Donald Tramp isə İrana quru qoşunlarının göndərilməsinin planlaşdırılmadığını, lakin İranın liderlik strukturunun dəyişdirilməsini istədiyini qeyd edib.

Bu arada İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullahın mövqeləri kimi qiymətləndirdiyi ərazilərə də zərbələr endirib. Şəhərin cənub hissəsində yaşayan yüz minlərlə sakinə evlərini tərk etmək çağırışı edilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq Tel-Əviv istiqamətində raket hücumları həyata keçirdiyini açıqlayıb.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

20 doğum şöbəsi bağlanma təhlükəsi ilə üzləşdi

Aynur Camal

315 min il əvvəl yaşamış insanın üzü bərpa edildi: müasir insanlara bənzəyir

Aynur Camal

Oranqutanlar gülüş səsi ilə əlaqələndirilən qidanı seçməyə üstünlük verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu