12 C
Baku
24 Mart 2026, 14:13
Dünya

İsrail mediası: Tramp müharibəni 9 apreldə bitirməyi planlaşdırır

İsrail mediasında yer alan məlumatlara görə, ABŞ prezidenti Donald Trump Yaxın Şərqdə davam edən münaqişəni 9 aprel tarixinə qədər başa çatdırmağı planlaşdırır.

Məlumata əsasən, ABŞ-ın bu proseslə bağlı Tel Aviv rəhbərliyini tam şəkildə məlumatlandırmadığı da iddia olunur. İsrail mətbuatına danışan rəsmi şəxs bildirib ki, Vaşinqtonun apardığı danışıqlar barədə İsrail tərəfinin məlumatı məhduddur.

Donald Tramp daha əvvəl açıqlamasında İranla müəyyən təmasların olduğunu bildirərək, “çox məhsuldar danışıqlar” aparıldığını qeyd etmişdi. O, İran tərəfinin də razılaşma əldə etmək istədiyini iddia edib və yaxın vaxtlarda telefon danışığının mümkün olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin Pentaqona İranın enerji infrastrukturu və elektrik stansiyalarına qarşı planlaşdırılan zərbələrin 5 gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini açıqlayıb. Bununla yanaşı, Tramp İranın Hörmüz boğazı ilə bağlı addım atmayacağı təqdirdə yeni zərbələrin qaçılmaz olacağını bildirib.

Digər tərəfdən, İran rəsmiləri ABŞ-la hər hansı bir birbaşa danışıqların aparıldığı iddialarını təkzib ediblər. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Trampın İrana qarşı “TACO əməliyyatı” planı sual altındadır

Aynur Camal

Böyük Britaniyanın HMS Dragon döyüş gəmisi Şərqi Aralıq dənizinə göndərildi

Aynur Camal

ABŞ-da neft emalı zavodunda partlayış baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu