Bugun.tv xəbər verir ki, İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib. Şahidlərin sözlərinə görə, İsrailin böyük bir hərbi qüvvəsi bir çox nöqtələrdən Cenin şəhərinə daxil olub. İsrail ordusu basqının qarşısını almaq istəyən fələstinli gənclərə həqiqi və rezin güllələrdən istifadə edərək cavab verib.
TRT Haber-in məlumatına görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinli uşağı öldürüb. İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinli uşağı öldürüb. İki qrup arasında yaranan gərginlik sonradan silahlı qarşıdurmaya çevrilib. Şahidlərin sözlərinə görə, işğal qüvvələri HƏMAS Hərəkatının liderlərindən biri olan Xalid əl-Həcci şəhəri tərk etməzdən əvvəl saxlayıb. Bölgədəki İbni Sina Xəstəxanasından verilən açıqlamada işğalçı qüvvələrin açdığı atəş nəticəsində ayağından yaralanan şəxsin müalicə altına alındığı bildirilib.
Müxbir: İntizar Əmirova