Baş xəbərSiyasət

İsrail ordusu HƏMƏS kəşfiyyatının başçısına məxsus binaya zərbə endirib

Bugun.tv xəbər verir ki,İsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMƏS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun qırıcı təyyarələri HƏMƏS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksini vurub. Hazırda İsrail Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu