Dünya

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin Kalkiliya şəhərində fəaliyyət göstərən “Hüda Qurani-Kərim” radiosunun ofisinə reyd keçirərək yayımı dayandırıb.

Yerli mənbələrin məlumatına görə, İsrail hərbçiləri buldozerlərin müşayiəti ilə şəhərə daxil olub və radionun ofisində axtarış aparıblar. Reyd zamanı radioya məxsus yayım avadanlıqları və digər texniki vasitələr müsadirə edilib, radiostansiyanın fəaliyyəti isə dayandırılıb.

İsrail ordusu radionun binasının girişinə vurduğu bildirişdə qurumun “terror fəaliyyətində iştirak etdiyi və ona dəstək verdiyi üçün qanunsuz elan edildiyini” iddia edib.

Hələlik radiostansiyanın nə qədər müddətə bağlanacağı və müsadirə edilən avadanlıqların taleyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Hadisə İsrailin İordan çayının qərb sahilində həyata keçirdiyi əməliyyatlar fonunda baş verib. Fələstin tərəfi və yerli təşkilatlar isə bu cür addımların media azadlığına və dini məzmunlu yayım fəaliyyətinə mənfi təsir göstərdiyini bildirirlər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu