16.7 C
Baku
18 May 2025, 5:40
Baş xəbərDünya

İsrail ordusu Qəzzada torpaq işğalını genişləndirir

Qəzza zolağında atəşkəsi pozaraq yenidən hücumlara başlayan İsrail ordusu torpaq işğalını genişləndirir.

İsrail ordusundan verilən açıqlamada Qəzza zolağının şimalında quru hücumlarının başladığı və ordunun daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) ilə birgə hücumlar təşkil etdiyi açıqlanıb.

Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsinin sahillərində quru hücumlarının başladığı və hücumdan əvvəl bölgədəki Həmas nöqtələrinin də havadan hədəf alındığı iddia edilib.

Bəyanatda Qəzzaya hücumların gecə boyu davam etdiyi vurğulanıb və hərbi strukturların və silahların hədəf alındığı iddia edilib.

Açıqlamada hazırda Qəzza zolağına qarşı hücumların davam etdiyi bildirilib.

İsrailin daha aqressivləşəcəyi proqnozlaşdırılır

Digər tərəfdən, İsrailin minlərlə dinc sakinin ölümünə səbəb olan Qəzzada əvvəlki hücumlarından qat-qat daha intensiv hücumlar təşkil edəcəyi təxmin edilir.

İsrailin “Walla” xəbər saytı İsrail ordusunun atəşkəsdən gücünü gücləndirmək üçün istifadə etdiyini və arsenalını yenilədiyini yazıb.

Xəbərdə İsrailin zirehli texnikasının bacarıq səviyyəsini artıraraq inventarına yenilərini əlavə etdiyi, yeni Baş Qərargah rəisi Eyal Zamirin isə ABŞ-ın dəstəyi ilə daha çox atəş gücündən istifadə edəcəyini və daha aqressiv davranacağını dəyərləndirdiyi bildirilib.

 İsrail ordusu Qəzza zolağını yenidən iki yerə bölüb

İsrail ordusu HƏMAS ilə atəşkəsi pozaraq yenidən hava hücumlarına başladıqdan sonra Qəzzanı şimal-cənub xəttində ikiyə bölən Netzarim dəhlizində torpaq işğalını bərpa etdiyini açıqlayıb.

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində fevralın 9-da geri çəkildiyi Netzarim dəhlizini yenidən işğal edən İsrail ordusu, fələstinlilərin bəzi bölgələrdən mühacirət etmələrini istəyib və ordunun dəqiq hücumlar təşkil etdiyini açıqlayıb.

Səlahəddin küçəsi bağlanarkən Qəzzanın şimal-cənub xətti ilə irəliləyəcək fələstinlilərin sahildəki Rəşid küçəsinə gedə biləcəyi qeyd edilib.

Bu arada İsrail ordusu Qəzza zolağı ətrafındakı bufer zonada işğalını genişləndirir və Beyt Lahiya və Xan Yunis yaxınlığındakı ərazilərdə torpaq işğalını davam etdirir.

 Atəşkəsi pozan İsrail ordusu Qəzzaya şiddətli hücumlarını bərpa edib

Yanvarın 19-da tətbiq olunmağa başlayan atəşkəsi pozan İsrail ordusu martın 18-də yenidən Qəzza zolağına şiddətli hücumlara başlayıb.

Qeyd olunub ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda 710 fələstinli həyatını itirib, 900-dən çoxu isə yaralanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Hava muhalefeti” kinokomediyası “CinemaPlus”da!

Aynur Camal

Tədqiqatçılardan maraqlı kəşf: 100 min illik panda fosilləri

Aynur Camal

Həmas deyir ki, Qəzzada atəşkəsə mane olan Netanyahudur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu