25 C
Baku
27 İyul 2024, 6:46
Dünya

İsrail ordusu yardım gözləyən Qəzza sakinlərini növbəti dəfə atəşə tutdu

Bugun.tv xəbər verir ki, bu barədə Fələstin anklavının hökumət mətbuat xidməti xəbər verb. İsrail hərbçiləri Qəzza zolağında anklavın inzibati mərkəzi rayonlarından birində humanitar yardımın paylanmasını gözləyən fələstinlilərə yenidən atəş açıblar.

“İsrail ordusunun əsgərləri humanitar yardım almaq üçün Səlahəddin yolunda Küveyt qovşağına çatan fələstinli mülki şəxslərə atəş açıb”, – ofisin rəsmi Telegram kanalında bildirilib. Yaralıların sayı barədə hələlik məlumat yoxdur.

Hökumətin mətbuat xidməti əlavə edib ki, beynəlxalq ictimaiyyətdən Qəzzada silahlı qarşıdurmanı dərhal dayandırmağı və humanitar fəlakətin qarşısını almaq üçün oraya “ən azı 1000 yük maşını yardımı” çatdırmağı tələb edib.

İlk belə hadisə fevralın 29-da Qəzza şəhərinin Əl-Nablusi məhəlləsində baş verib. Ən azı 112 nəfər həlak olub. 760 nəfər yaralanıb. Fələstinin HƏMAS hərəkatı İsrailin humanitar yardım gözləyənlərə hərbi hücumunun təkrarlanacağı təqdirdə atəşkəs danışıqlarını dayandıracağını vəd edib.

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

Sauli Niinisto: “Finlandiyanın NATO-ya üzvlüyü heç bir ölkəyə qarşı deyil”

Nigar Məmmədova

Xarici kəşfiyyat xidməti ilə əlaqəli qrup həbs edildi

Aynur Camal

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu